Haqqımızda

Lahıj, daxili aləminizi simvolizə edən zinət əşyaları, istər sadəliyində, istərsə də dəbdəbəli görünüşündə öz əzəmətini vurğulayan suvenirləri və süfrənizin estetik parçasına çevrilən qab-qacaqları ilə qədim ənənələrə və milli irsimizə sahib çıxaraq, keçmişin eleqant tərzini bu günümüzə daşıyır.

Zərafətinizə yaraşan detalları ilə ən xoş günlərinizə sevinc bəxş edəcək məhsullarımız, zərifliyi və estetikası qədər keyfiyyət standartlarına da cavab verir:

•    Məhsullarımız milli ornamentlər əsasında hazırlanır;

•    İstifada edilən qızıl və gümüş yalnız Azərbaycan mənşəlidir və sertifikatlıdır;

•    Keyfiyyətini və orijinallığını təsdiq edən pasportla yanaşı, mənşəyinin qeyd olunduğu sertifikat sayəsində, ölkə xaricinə çıxarıla bilir;

•    AZS ISO/EC 17025:2020 "Sınaq və Kalibirləmə Laboratoriyalarının Səlahiyyətliliyinə Ümumi Tələblər" standartına uyğun akkreditasiya olunmuş laboratoriyamızda məhsullar yoxlanılaraq, əyar təyin edilir;

•    Bir və ya məhdud tirajla istehsal edilir.

Lahıj- Hər detalda bənzərsiz dəbdəbə!