Məhsul kodu: ST-065.01.01
Material: Şüşə / Glass
Üzləmə: 24k Qızıl / 24k Gold
İstehsal: Əl işi / Handcraft
Armudu stəkan və ətirli bir çay! Bunun ləzzətinə nə çata bilər axı? Üstəlik, stəkanın üzərində qədim ənənələrin fantastik naxışlarla vəhdəti öz əksini tapmışsa?! Bu dəstimiz səmimi və qızğın söhbətlərə öz "pürrəngi" ədasını qatacaq. Zəngin naxış növlərimizdən olan "Vağvağı" naxışı, fantastik görüntüsü ilə bu dəstimizə öz fərqliliyini qatmışdır. Şüşə üzərindəki kəsmə naxışlar, əl üsulu ilə işlənmişdir. Naxışda budaqlar və heyvan başlarının stilizə edilmiş fantastik təsviri yer alır. Klassik Azərbaycan ədəbiyyatında və xalq eposunda məhəbbətin, xüsusən də baharın rəmzi hesab olunan bülbül, sanki, budaqların arasından öz mövcudluğunu israrla göstərmək istəyir.