2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Mərkəzi Bank tərəfindən çəkisi ½ troy unsiyası olan qızıl yubiley pul nişanı tədavülə buraxılmışdır.
Yubiley pul nişanı Böyük Britaniyanın "The Royal Mint" şirkətində istehsal olunmuşdur.
Yubiley pul nişanının üz tərəfində azadlıq rəmzi olan günəş, Azərbaycan Respublikasının xəritəsi və onun üzərində Dövlət Himnimizdən bir parça, aypara ilə səkkiz guşəli ulduz, Dövlət Bayrağının dizaynı və istiqlal mübarizəmizin qələbəsi kimi zəncirlənmiş qəfəsdən azadlığa çıxan göyərçinlər, arxa tərəfində isə üzərində ulduz, alov, palıd budaqları, sünbüllər təsvir edilmiş Dövlət Gerbi, aypara ilə səkkizguşəli ulduzun qrafik təsvirləri və şəbəkə sənətində geniş yayılmış ornamentlər təsvir edilmişdir.
Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
1/2 unsiya | |
Buraxılış ili | 2018 |
Nominalı | 20 manat |
Çəkisi | 1/2 unsiya qızıl (15.55 qr) |
Metalı | Au 999.9 |
Diametri | 30.00 mm |
Keyfiyyəti | Pruf |
Buraxılış limiti | 500 ədəd |