BAKI 2015 AVROPA OYUNLARI - GİMNASTİKA KUPRO-NİKEL

Qiymət: 50 ₼

Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Bakı 2015 İlk Avropa Oyunları”-nın beynəlxalq əhəmiyyətini nəzərə alaraq, bu əlamətdar hadisənin tariximizdə həkk olunması məqsədilə gimnastika idman növünə həsr olunmuş kupro-nikel xatirə pul nişanını tədavülə buraxmışdır.

Xatirə pul nişanı Birləşmiş Krallığın “The Royal Mint” şirkətində hazırlanmışdır.

Xatirə pul nişanının ön tərəfində gimnastika idman növünün təsviri, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, aypara və milli ornamentlər əks etdirilmişdir.

Xatirə pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

 

Mövzuİdman gimnastikası
Buraxılış ili2015
Nominalı, manat1
MetalıKupro-nikel
Çəkisi, qr. 28.28
Diametri, mm.38.61
KeyfiyyətiPruf
Buraxılış limiti1000

Ətraflı