BAKI 2015 AVROPA OYUNLARI - GÜLəŞ GÜMÜŞ

Qiymət: 180 ₼

Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Bakı 2015 İlk Avropa Oyunları”-nın beynəlxalq əhəmiyyətini nəzərə alaraq, bu əlamətdar hadisənin tariximizdə həkk olunması məqsədilə güləş idman növünə həsr olunmuş gümüş xatirə pul nişanını tədavülə buraxmışdır.

Xatirə pul nişanı Birləşmiş Krallığın “The Royal Mint” şirkətində hazırlanmışdır.

Xatirə pul nişanının ön tərəfində güləş idman növünün təsviri, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, aypara və milli ornamentlər əks etdirilmişdir.

Xatirə pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

 

MövzuGüləş
Buraxılış ili2015
Nominalı, manat5
MetalıAg 999
Çəkisi, qr. 31.21
Diametri, mm.38.61
Keyfiyyəti Pruf
Buraxılış limiti1000

Ətraflı