Əsas xüsusiyyətlər
2019-cu ildə müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümünün əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılmışdır.
Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilmişdir.
Yubiley pul nişanının ön tərəfində Bakı Dövlət Universitetinin inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, 8 guşəli ulduzlar, milli naxış və ornamentlər, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi və pul nişanının nominalı təsvir olunmuşdur.
Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
Buraxılış ili | 2019 |
Nominalı | 5 manat |
Metalı | Ag 999 |
Çəkisi | 1 troy unsiya (31.1 qr.) |
Diametri | 38.61 mm |
Keyfiyyəti | Pruf |
Buraxılış limiti | 500 ədəd |