2007-ci il noyabr ayının 21-də Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsi ilə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşməsini təmin edən Bakı-Tiblisi-Qars dəmir yolunun təməli qoyulmuşdur.
Layihənin beynəlxalq nüfuzunu və ölkə üçün əhəmiyyətini nəzərə alaraq Azərbaycan Mərkəzi Bankı Bakı-Tiblisi-Qars dəmir yoluna həsr olunmuş yüksək əyarlı gümüş xatirə pul nişanını tədavülə buraxılmışdır.
Xatirə pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində istehsal edilmişdir.
Xatirə pul nişanının ön tərəfində “BAKU-TBILISI-KARS” sözləri və qatar, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir olunmuşdur.
Buraxılış ili | 2015 |
Nominalı | 5 manat |
Metalı | Ag 999 |
Çəkisi | 1 unsiya (31.21 qr) |
Diametri | 38.61 mm |
Keyfiyyəti | Pruf |
Buraxılış limiti | 1000 ədəd |