Boşqab

Məhsul kodu: BQ-013.01.61

Material: Latun / Brass

Üzləmə: 24k Gümüş / 24k Silver

İstehsal: Əl işi / Handcraft

Favorilər

Bu boşqab, xalqımızın tarixinə qızıl hərflərlə yazılmış Zəfərin ildönümünə həsr olunmuşdur. Üzərində dalğalanan üçrəngli bayraq xalqımızın azadlıq ruhunu, 8 Noyabr tarixi isə yaddaşımızda əbədi həkk olunmuş qələbənin günəş kimi doğmasını xatırladır. Beş il öncə qazanılan bu böyük qələbə necə ki, tariximizin ən uca zirvəsinə yazıldısa, bu boşqab da həmin zəfərin əbədi yaddaşını gələcək nəsillərə daşıyacaq.