Dekorativ boşqab

Məhsul kodu: BQ-013.01.69

Üzləmə: 24K gümüş/24K silver

İstehsal: Əl işi/Handicraft

Favorilər

Bu dekorativ boşqab 1846-cı ildə Bakıda qazılmış ilk sənaye neft buruğuna həsr edilmişdir.

Kompozisiyada neft buruğu və neft sənayesini əks etdirən elementlər təsvir olunmuşdur. Əsər Azərbaycanın zəngin neft irsini, enerji tarixindəki öncül mövqeyini və dünya neft sənayesinin inkişafına verdiyi töhfəni simvolizə edir. Tarixi irsi və milli dəyərləri özündə birləşdirən bu sənət nümunəsi Azərbaycanın neft salnaməsinin rəmzidir.