Çələbi Xalça

Məhsul kodu: PO-061.04.01

Material: Latun / Brass

Üzləmə: 24k Qızıl / 24k Gold

İstehsal: Əl işi / Handcraft

Favorilər

Xalçanın ara sahəsi tək göl kompozisiyasına malik olub, tünd sumağı yerliyində on altı ləçəkli, girintili-çıxıntılı iri göl təsviri və ətrafında müxtəlif mənalar daşıyan doldurucu elementlərlə tərtib edilmişdir. Qədim türklərə məxsus olan bu göl elementi müxtəlif mənaları ifadə etsə də, əsas etibarı ilə günəşi təcəssüm etdirir. Ara sahəni əhatə edən əsas haşiyə qurşağı isə Azərbaycan xalçaçılığında geniş yayılmış “zülfələm” naxışlarından ibarətdir. Xalçanın həm ara sahəsində, həm də haşiyə qurşağındakı digər elementlər rəng baxımından kompozisiyaya xüsusi ahəngdarlıq gətirir.