Məhsul kodu: QD-904.20.01
Material: Gümüş / Silver
Əyar: 925
Üzləmə: 24k Gümüş / 24k Silver
İstehsal: Əl işi / Handcraft
Şərq ölkələrinin memarlığında geniş istifadə olunan aypara və ulduz təsviri qədim türklərin İslamdan öncəki simvolu olmuşdur. Asiyada tapılmış VI- VII əsrlərə aid türk imperiyasının sikkələri bunu sübut edir. Həmçinin, bu simvol Bizans imperatorluğunda paytaxtın simgəsi idi. Mifologiyada isə hilalın uşaqları və heyvanları qoruduğuna dair inanc var idi. Parıltısı və heyranlıq yaradan gözəlliyi ilə bu simvol dəstdə gözəllik nümayiş etdirir. Tarixin estetik müdrikliyinə nail olmaq istəyənlər üçün bənzərsiz bir seçim.