Məhsul kodu: QD-904.52.01
Material: Qızıl/Gold
Əyar: 585
Üzləmə: 24k Qızıl/24k Gold
İstehsal: Əl işi/Handcraft
Azərbaycanın zəngin mədəni irsinin və alov rəmzinin simvolu olan ənənəvi "buta" motivindən, eləcə də milli atributlarımızdan ilhamlanaraq hazırlanan bu nəfis zərgərlik dəsti boyunbağı və qolbaqdan ibarətdir. Dəstə daxil olan boyunbağı buta ləçəklərindən təşkil olunmuş çiçək formalı kulonla zənginləşdirilmiş, mərkəzindəki brilliant daşla dizayn tamamlanmışdır. Qolbaq isə incə qızıl zəncir üzərində müəyyən aralıqla düzülmüş rəngarəng buta elementləri ilə biləkdə son dərəcə zərif və gözoxşayan bir ahəng yaradır.