Məhsul kodu: QD-904.54.01
Material: Qızıl/Gold
Əyar: 585
Üzləmə: 24k Qızıl/24k Gold
İstehsal: Əl işi/Handcraft
Qədim milli irsimizdən və zəngin bəzək sənətimizdən ilhamlanan bu eksklüziv dəst, klassik zərifliyi müasir lüks estetikası ilə birləşdirir. Qızılın nəcib parıltısı, sədəf teksturalı mina və Quba-Şirvan məktəbinin “Qaraqaşlı” xalçalarından ilhamlanan “Gül” motivi harmonik kompozisiya yaradır. Dairəvi forma və şəffaf brilyantlar dəstəyə xüsusi zəriflik və dəbdəbə bəxş edir. Bu nadir zərgərlik dəsti milli irsin müasir interpretasiyasını əks etdirən seçilən aksesuardır.