Məhsul kodu: QD-904.51.01
Material: Qızıl/Gold
Əyar: 585
Üzləmə: 24k Qızıl/24k Gold
İstehsal: Əl işi/Handcraft
Xalq arasında "Sırğa gülü" kimi tanınan fuksiya çiçəyinin təbii gözəlliyindən ilhamlanaraq hazırlanan bu nəfis zərgərlik dəsti, kulon və sırğadan ibarətdir. Qızılın isti parıltısı, ləçəklərə zənginlik və canlılıq qatan açıq çəhrayıdan bənövşəyi tonlara yumşaq keçidli mina işləməsi bir-birini mükəmməl şəkildə tamamlayır. Aşağıya doğru zərifcə sallanan detalları, ləçəkləri tamamlayan yarpaq elementləri və üzərindəki parlaq şəffaf brilliant daşlardan ibarət daş düzümü dizayna xüsusi incəlik bəxş edir.