Dəst

Məhsul kodu: QD-904.41.01

Material: Qızıl/Gold

Əyar: 585

Üzləmə: 24k Qızıl/24k Gold

İstehsal: Əl işi/Handcraft

Favorilər

Bu zərgərlik dəsti boyunbağı, sırğa və üzükdən ibarətdir və qızıldan hazırlanmışdır. Dəstin üzərində həkk olunmuş ornamental haşiyə motivi Azərbaycan xalça sənətində geniş yayılmış naxışlara əsaslanır. Bu elementlərə daha çox Quba-Şirvan xalçalarında rast gəlinsə də, onların Bakı “Hilə” xalça məktəbinə aid olduğu qeyd edilir. Sənətşünaslar bu motivlərin formalarını qədim “Kufi” hərflərinin stilizə olunmuş elementləri kimi şərh edirlər. Mavi mina rəngi inam və sədaqəti, bənövşəyi çalarlar isə zəriflik və zənginliyi ifadə edir.