Məhsul kodu: SM-089.01.10
Üzləmə: 24K Gümüş/24K Silver
İstehsal: Əl işi/Handcraft
Bu zərif maqqaşın üzərində Azərbaycan tarixinin ən qədim mədəni irs nümunələrindən olan Qobustan qayaüstü təsvirlərinin motivləri əks olunmuşdur. Kompozisiyada ovçular, heyvan fiqurları və qədim həyat tərzini simvolizə edən elementlər təsvir edilərək minilliklər öncəyə uzanan zəngin mədəni irsimiz müasir bədii tərtibatla təqdim edilmişdir. Yüksək sənətkarlıqla hazırlanmış bu eksklüziv aksesuar milli dəyərlərin qorunub yaşadılmasına xidmət edən zərif hədiyyə nümunəsidir.