H.Ə döş nişanı və imza dəsti

Məhsul kodu: ZA-034.13.01

Material: Qızıl / Gold

Əyar: 585

Üzləmə: 24k Qızıl / 24k Gold

İstehsal: Əl işi / Handcraft

Favorilər

Böyük şəxsiyyətlər özündən sonra iz buraxır... 

Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı çox azdır. Azərbaycan tarixini yazan və yaradan dahi şəxsiyyət Ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində daima yaşayacaqdır. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmazdır və əbədi olaraq yaddaşlarda həkk olunub.  

Heydər Əliyevin ömrü Azərbaycanın iyirminci əsr tarixinə müdriklik, vətənpərvərlik, insanlıq, Azərbaycançılıq kimi bəşəri dəyərləri bəxş etməklə bərabər, həm də yeni tariximizdə xalq-rəhbər birliyinin yenilməzliyini həqiqətə çevirdi. Xalqına, dininə, dilinə, tarixinə, adət-ənənəsinə sadiq olanların daim yaşayacağını sübut etdi, bəşəriyyət, azad dünya, xoşbəxt gələcək üçün qurub yaradanların daim xatırlanacağını göstərdi.