1994-cü il sentyabr ayının 20-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə “Gülüstan” sarayında Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri olan və öz müstəsna əhəmiyyətinə görə “Əsrin kontraktı” adını almış müqavilə imzalanmışdır.
Layihənin beynəlxalq nüfuzunu və ölkə üçün əhəmiyyətini nəzərə alaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən müvafiq mövzuya həsr olunmuş yüksək əyarlı gümüş xatirə pul nişanı tədavülə buraxılmışdır.
Xatirə pul nişanı Böyük Britaniyanın “ The Royal Mint” şirkətində istehsal edilmişdir.
Xatirə pul nişanının ön tərəfində Ulu Öndərin portreti və neft buruqları, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir olunmuşdur.
Buraxılış ili | 2015 |
Nominalı | 5 manat |
Metalı | Ag 999 |
Çəkisi | 1 unsiya (31.21 qr) |
Diametri | 38.61 mm |
Keyfiyyəti | Pruf |
Buraxılış limiti | 1000 ədəd |