2021-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılmış 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun tarixi Zəfərinin ildönümü münasibətilə Mərkəzi Bank tərəfindən çəkisi 1 troy unsiyası və nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılmışdır.
Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilmişdir.
Xatirə sikkəsinin üzərində əsas dizayn elementləri kimi qədim mədəniyyət incilərindən olan Şeyx Babı türbəsi və Qarğabazar karvansarayı, Azərbaycanın milli şəbəkə sənətindən naxış elementləri, güc və inkişaf rəmzi - günəşin qrafiki təsviri, “8 Noyabr” zəfər tarixi yazısı, Vətən Müharibəsinin qələbə rəmzinə çevrilmiş “Xarıbülbül”, eləcə də “Füzuli” və “Qarabağ Azərbaycandır!” sözləri və pul nişanının nominalı təsvir olunmuşdur.
Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
Buraxılış ili | 2021 |
Nominalı | 5 manat |
Metalı | gümüş |
Əyarı | Ag 999.0 |
Çəkisi | 31,10 qram |
Diametri | 38,61 mm |
Keyfiyyəti | Pruf |