Məhsul kodu: MC-005.07.02
Material: Latun /Brass
Üzləmə: 24k (Qızıl, Gümüş) / 24k (Gold,Silver)
İstehsal: Əl işi / Handcraft
Azərbaycanın məhşur tarixi və mədəni abidəsi olan Şəki xan sarayının ən önəmli xüsusiyyətlərindən biri xan sarayının divarlarında işlənmiş geometrik naxışlardır. Xüsusilə qırmızı, yaşıl, mavi və qızılı tonlarda olan bu naxışlar, İslam mədəniyyətinin təsirini bağışlayır. Naxışlar adətən ziqzaq, üçbucaqlar, xəttlər və simmetriklər kimi geometrik formalardan ibarətdir. Bu naxışlar, dövrün zərif və estetik anlayışının ifadəsidir və Şəki xan sarayını dünyanın ən gözəl saraylarından biri edir.
Şahların, xanların, sultanların süfrələrini bəzəyən məcməyilər incə və özünəməxsus detallarla, xüsusi kəsimdə yenidən dizayn olunaraq xidmətinizə verilir. Süfrələrinizə ecazkar görünüş qatacaq qədimiliyi özündə əks etdirən bu məcməyi, gümüşün parlaqlığı və naxışların rəngarəngliyi ilə göz oxşayır.