2012-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının yaranmasının 20-ci ildönümünə həsr olunmuş (1992-2012) nominalı 5 manat olan gümüş yubiley pul nişanı Mərkəzi Bank tərəfindən tədavülə buraxılmışdır.
Yubiley pul nişanı Avstriyanın “Austrian Mint” şirkətində istehsal olunmuşdur.
Yubiley pul nişanının ön tərəfində 20 ili əks etdirən stilistik görünüş, stilistik görünüşün üzərində iyirmi ili əhatə edən dövr “1992-2012”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 il” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, Dövlət Gerbin ətrafında isə “Azərbaycan Respublikası” sözləri və pul nişanının nominalı göstərilmişdir.
Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
Buraxılış ili | 2012 |
Nominalı | 5 manat |
Metalı | Ag 999 |
Çəkisi | 1 unsiya (31.1 qr) |
Diametri | 37 mm |
Keyfiyyəti | Pruf |
Buraxılış limiti | 1000 ədəd |