Məhsul kodu: MQ-011.11.01
Material: Gümüş / Silver
Əyar: 925
Üzləmə: 24k (Qızıl, Gümüş) / 24k (Gold,Silver)
İstehsal: Əl işi / Handcraft
Bəzi inanclarda eşq və gözəllik tanrısı Afroditin göz yaşları və sevgilisi Adonisin qanından yarandığına inanılan qızılgül, qədim dövrlərdə ziyafət və festivallarda bəzək kimi işlədilirdi. Vaxt keçdikcə bu zərif güldən ətir hazırlanmağa başlanılmışdır. XV əsrdə İngiltərədə “Qızılgüllərin savaşı” adlanan müharibədən sonra o həm də siyasətin simvolu oldu. Tarixin bir çox yerində bir çox şeyin simvolu olmuş bu xoş ətirli çiçək, həm də məhsulumuzun detallarının başlıca ilham mənbəyi olmuşdur. Süfrələrinizi anlam dolu bu meyvə qabından məhrum etməyin.