Məhsul kodu: MQ-011.09.11
Material: Gümüş / Silver
Əyar: 925
Üzləmə: 24k Qızıl, 24k Gümüş / 24k Gold, 24k Silver
İstehsal: Əl işi / Handcraft
Qızılgülə çiçəklərin kraliçası deyirlər. Yunan mifologiyasına görə Chloris adlı çiçək ilahəsi tərəfindən yaradılmışdır. Əfsanəyə görə meşədə həmin ilahə ölü meşə pərisini tapır və onu bir çiçəyə döndərir. Eşq ilahəsi Afrodita və şərab Tanrısı Dionisdən xahiş edir ki, yaratdığı çiçəyə bir hədiyyə versinlər. Afroditin hədiyyəsi gözəllik, Dionis isə ətri xoş olsun deyə nektar verir. Beləliklə də "çiçəklərin kraliçası" doğulmuş olur. Əfsanələrin sehrindən ilhamlanaraq hazırlanan bu meyvə qabı, öz detallarını mifologiyanın zəngin rəvayətlərinə borcludur