NAXÇIVAN MR 85 GÜMÜŞ

Qiymət: 180 ₼

Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü


2009-cu ildə Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rola malik olan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyi münasibəti ilə Mərkəzi Bank tərəfindən gümüş yubiley pul nişanları tədavülə buraxılmışdır.
Yubiley pul nişanı Avstriyanın “Austrian Mint” şirkətində istehsal edilmişdir.
Yubiley pul nişanının üz tərəfində Naxçıvan Muxtar Respublikasında yerləşən tarixi abidələrin təsvirləri, arxa tərəfində isə Azərbaycan xəritəsi əks olunmuşdur.
Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

 

Buraxılış ili 2009
Nominalı5 manat
MetalıAg 999
Çəkisi1 unsiya (31.1 qr)
Diametri37 mm
KeyfiyyətiPruf
Buraxılış limiti1000 ədəd



 

Ətraflı