Məhsul kodu: DQ-054.05.01
Material: Gümüş / Silver
Əyar: 925
Üzləmə: 24k Gümüş / 24k Silver
İstehsal: Əl işi / Handcraft
Kübar qadınların sirlərindən biri də dəyərli aksesuarlarıdır. Elə təqdim etdiyimiz bu ecazkar daraq kimi. Üzəri "Bəndi-rumi" adlanan torşəkilli naxışla bəzədilmişdir. "Bəndi-rumi" torşəkilli detalların oyuqlarında isə çiçək formasında naxışlar işlənmişdir. Bu naxışlara Azərbaycan xalçalarında və həmçinin Şirvanşahlar Sarayının divarlarında da rəst gəlmək mümkündür. Misilsiz naxışlar gümüşün esketikası ilə birləşərək tarixi gözəlliyi ipək saçlarınıza qonduracaq! Zəriflik saçlarınızdan başlayır.
Özünə dəyər verənlərin seçimi!