Məhsul kodu: QD-907.01.03
Üzləmə: 24K Gümüş/24K Silver
İstehsal: Əl işi/Handcraft
Şəbəkə sənəti Azərbaycanın qədim dekorativ-tətbiqi sənət növlərindən biri olub, incə əl işçiliyi və estetik zərifliyi ilə seçilir. Təqdim olunan qəhvə dəsti və qənd qabı ənənəvi şəbəkə üsulu ilə hazırlanmış xüsusi sənət nümunələrindəndir. Üzərindəki buta naxışları və incə işlənmiş detalları milli irsimizin zəngin bədii düşüncəsini və estetik gözəlliyini əks etdirir. Şəbəkə texnikasında incə metal tellər və məftillərdən istifadə edilərək zərgərlik nümunələri, suvenirlər və müxtəlif dekorativ əşyalar hazırlanır.