Qələm

Məhsul kodu: QM-037.10.04

Üzləmə: 24K Gümüş/24K Silver

İstehsal: Əl işi/Handcraft

Favorilər

Qələm yalnız yazı vasitəsi deyil. Ondan gündəlik istifadə edən insanlar üçün qələm rahatlığın, ilhamın və gündəlik həyatın ayrılmaz bir hissəsidir. Hər zaman əlimizin altında olan bu kiçik, lakin vacib əşya bəzən şəxsi üslubumuzun da ifadəsinə çevrilir. Ənənəvi “Qaraqaşlı” naxışı ilə bəzədilmiş bu zərif qələm funksionallığı milli sənət irsi ilə birləşdirir. Naxışın özünəməxsus ahəngi və incə işlənməsi məhsula xüsusi xarakter və estetik dəyər qazandırır. Bu qələm sadəcə gündəlik istifadə əşyası deyil, milli ornamentlərimizin gözəlliyini özündə yaşadan, zövqü və fərdiliyi əks etdirən xüsusi bir aksesuardır. Eyni zamanda, sənətə və milli irsə dəyər verənlər üçün mənalı və zövqlü hədiyyə seçimidir.