Qənd qabı

Məhsul kodu: QQ-012.03.01

Material: Gümüş / Silver

Əyar: 925

Üzləmə: 24k (Qızıl, Gümüş) / 24k (Gold,Silver)

İstehsal: Əl işi / Handcraft

Favorilər

Deyilənə görə əsl çay sevərlər çayı qənd ilə içənlərdir. Bu fikir müzakirəyə açıq olsa da, əminik ki təqdim etdiyimiz bu şəkər qabından götürüb daddığınız hər şəkər, çayın ləzzəti ilə birləşib damağınızdan silinməyən bir dada imza atacaq. Hər detalı xüsusi ustalıqla hazırlanaraq təqdim etdiyimiz bu məhsul, estetikası ilə xidmətinizə hazırdır. Üzərindəki detallar isə gül kimi söhbətlərin təcəssümüdür. Ağzınız şirin olsun!