Məhsul kodu: MN-078.01.02
Material: Qızıl / Gold
Əyar: 999.9
İstehsal: Qəlib / Coining
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Öz milli kimliyini ən çətin dönəmlərdə belə unutmayan sədaqətli və cəsur Azərbaycan xalqı öz xilaskarını da daim qəlbində yaşadır.
Qızıl sikkənin üz tərəfində Azərbaycan xalqının ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin barelyefi, "Azərbaycanın Müstəqilliyi Əbədidir Sarsılmazdır Dönməzdir" yazısı və milli naxışlar, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir edilmişdir.
Qızıl sikkənin çəkisi 10 qram təşkil edir.