Məhsul kodu: KD-055.04.16
Material: Gümüş / Silver
Əyar: 925
Üzləmə: 24k Qızıl / 24k Gold
İstehsal: Əl işi / Handcraft
Tarix boyu igidlərin dostu, sadiqliyin simvollarından hesab edilən atlar öz ecazkar görünüşü, qüvvətli bədəni və gözəlliyi ilə hər zaman insanları heyrətə gətirib. Xüsusən, türk xalqlarının taleyində atlar böyük rol oynayıb. Bütün dünyada tanınan, ən dəyərli at növlərindən sayılan Qarabağ atları sürətli, çevik və möhkəm bədən quruluşuna malik olmaqla yanaşı, hündürlüyü ilə də diqqət cəlb edir. Artıq geyiminizin bir detalı kimi də nəzərləri özünə cəlb edəcək bu simvol qol düymənizə əsalət qatacaq.