Məhsul kodu: ZA-050.03.93
Material: Gümüş / Silver
Əyar: 925
Üzləmə: 24k Gümüş / 24k Silver
İstehsal: Əl işi / Handcraft
Gördüyünüz bu zinət əşyası özünəməxsus dizaynı və rənglərin ahəng ardıcılığı ilə diqqətləri üzərinə çəkir. Təqdim etdiyimiz qolbaq həndəsi naxışla dizayn edilmişdir. Bir çox həndəsi naxışlar dairələrdən, kvadratlardan və romblardan ibarət olur. Onların təsvirləri təkrarlanır, üst-üstə düşmüş mürəkkəb və kompleks nümunələr yaratmaq üçün bir-birilərinə bağlanırlar. Rənglərə gəldikdə isə, sarı rəng rahatlığı, fərahlığı və aydınlığı, mavi rəng inam və sədaqəti, bənövşəyi rəng isə, zərifliyin və zənginliyin simvoludur.
Klassik ənənələrimizlə müasir zərgərlik sənətinin vəhdətindən yaranmış bu məhsul üzərinizdə müsbət enerji yaradacaq.