Məhsul kodu: ZA-050.03.171
Material: Qızıl / Gold
Əyar: 585
Üzləmə: 24k Qızıl / 24k Gold
İstehsal: Əl işi / Handcraft
Üzərində Şirvan xalçaçılıq məktəbində daha geniş yayılmış "bağa" naxışı olan bu qızıl materiallı qolbaq cəlbediciliyi ilə seçilir. "Bağa" ornamenti mürəkkəb naxışlı xalçalarda özünəməxsusluğu orta haşiyədə ardıcıl təkrarlanan tısbağa təsviri ilə ifadə olunur. Tısbağa həyatın dualistik təbiətini, uzunömürlüyü və ilahi gücü təmsil edir.