Qolbaq

Məhsul kodu: ZA-050.03.94

Material: Gümüş / Silver

Əyar: 925

Üzləmə: 24k Qızıl / 24k Gold

İstehsal: Əl işi / Handcraft

Favorilər

Gördüyünüz bu zinət əşyası özünəməxsus dizaynı ilə diqqətləri üzərinə çəkir. Qolbaq gümüşdən hazırlanmış, və qızıl materialla üzlənmişdir. Üzərindəki Gəncə-Qazax xalçaçılıq məktəbinin ara haşiyələrindən istifadə olunan bu qolbaq, sizə tariximizdən nişan verir. Haşiyələr enli və ensiz olur, yerləşdiyi yerə və ölçüyə görə arahaşiyə, balahaşiyə, anahaşiyə adlanır. Bu regionların xalçaları öz möhkəmliyi ilə məşhurdur. Bir çox Avropa muzeylərində qorunub saxlanılır. Klassik ənənələrimizlə müasir zərgərlik sənətinin vəhdətindən yaranmış bu məhsul üzərinizdə müsbət enerji yaradacaq.