Məhsul kodu: ZA-050.03.135
Material: Gümüş / Silver
Əyar: 925
Üzləmə: 24k Gümüş / 24k Silver
İstehsal: Əl işi / Handcraft
Üzərində Şirvan xalçaçılıq məktəbində daha geniş yayılmış "bağa" naxışı olan bu gümüş materiallı qolbaq cəlbediciliyi ilə seçilir. "Bağa" ornamenti mürəkkəb naxışlı xalçalarda özünəməxsusluğu orta haşiyədə ardıcıl təkrarlanan tısbağa təsviri ilə ifadə olunur. Tısbağa həyatın dualistik təbiətini, uzunömürlüyü və ilahi gücü təmsil edir.