Məhsul kodu: ZA-050.03.240
Material: Qızıl/Gold
Əyar: 585
Üzləmə: 24k Qızıl/24k Gold
İstehsal: Əl işi/Handcraft
Azərbaycanın zəngin mədəni irsinin və alov rəmzinin simvolu olan ənənəvi “buta” motivindən, eləcə də milli atributlarımızdan ilhamlanaraq hazırlanmış bu nəfis qızıl qolbaq milli ornamentikanı müasir lüks anlayışı ilə bir araya gətirir. İncə mina sənəti və brilliant daş düzümü ilə tamamlanan kompozisiya zərifliyi və milli ruhu özündə harmonik şəkildə əks etdirir.
İncə qızıl zəncir üzərində müəyyən aralıqlarla düzülmüş rəngarəng buta elementləri qolbağın əsas kompozisiyasını təşkil edir. Hər bir buta detalında mina işləməsinin zəngin rəng çalarları və brilliantların parlaq əksi dizayna xüsusi incəlik və ifadəlilik bəxş edir. Biləkdə zərif şəkildə yerləşən bu xüsusi sənət nümunəsi milli irsin estetik dəyərini müasir və eleqant üslubda təqdim edir.