Samovar

Məhsul kodu: SM-016.01.02

Material: Gümüş / Silver

Əyar: 925

Üzləmə: 24k (Qızıl, Gümüş) / 24k (Gold,Silver)

İstehsal: Əl işi / Handcraft

Favorilər

Çay! Min bir dərdin dərmanı, süfrələrimizin bəzəyi, xoş günlərin ləzzətli dostu. Mədəniyyətimizdə çayın xüsusi yeri var. Elçilikdə razılaşmanın, dost məclislərində səmimiyyətin, ailə süfrələrində xoş söhbətlərin qaynar rəmzidir. Samovardan süzülüb içilən çayın isə yeri tamam başqadır.  Bu məhsul, sevdiklərinizlə birlikdə yığışdığınız  ən xoş günlərinizdə süfrələrinizə öz müdrik ədasını ortaya qoyacaq. Səmimiyyətin içinizi isidən həzzindən zövq alın!