Sırğa

Məhsul kodu: ZA-050.01.158

Material: Gümüş / Silver

Əyar: 925

Üzləmə: 24k Gümüş / 24k Silver

İstehsal: Əl işi / Handcraft

Favorilər

Azərbaycanın ən tanınmış və yaxşı öyrənilmiş qayaüstü rəsmləri Qobustanda yerləşir. Qobustan dağlarında Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqardağ və Şıxqaya ərazilərində Daş dövrü və sonrakı dövrlərdə yaşayan insanların həyatına aid sübutlar müəyyən edilib. Qobustanın qayaüstü təsvirləri 1930-cu illərdə aşkarlanıb. 1939-cu ildə arxeoloq İshaq Cəfərzadə Qobustan petroqliflərinin ilk arxeoloji tədqiqatına başladı. O vaxtdan bir sıra arxeoloqların səyi nəticəsində 1000-dən çox qaya üzərində 7 mindən artıq rəsm, həmçinin qədim yaşayış məskənləri, mağaralar, 40-dək kurqan, 100 mindən çox maddi mədəniyyət əşyaları aşkarlandı. Daha qədim artefaktlar Mezolit dövrünə aid edilir. Lakin güman edilir ki, burada həyat daha əvvəl mövcud olub və bu da Qobustanı sivilizasiyanın beşiklərindən biri hesab etməyə əsas verir. Qobustanın qayaüstü təsvirləri müxtəlif dövrlərə aid edilir və eramızdan əvvəl X-VIII minilliyə (digər mənbələrə görə XV-X minilliyə) və Orta əsrlərədək olan dövrə aid edilir. Belə böyük tarixi dövrü əhatə etdiyinə görə onlar dünyanın başqa qayaüstü kolleksiyaları arasında yüksək yer tutur. 

Solyar rəmzlər xüsusi diqqət tələb edir. Tunc dövründə Azərbaycan ərazisində məskunlaşan tayfalar arasında günəşə sitayiş geniş yayılmışdı və bu, Qobustan petroqliflərində də öz əksini tapıb. Solyar rəmzlər burada dairə formasında şüa və ya çarpaz xətlərlə cızılıb. Eramızdan əvvəl II minilliyə aid edilən avarçəkənlər və burun tərəfində parlaq günəş diski olan qayıq təsvirləri də solyar mifologiya ilə əlaqələndirilir. Bu, onu göstərir ki, qədim sakinlər yaxşı dənizçi olublar. Qayığın dal tərəfində günəşin təsviri İsveçdə, Rusiyada (Ural), Misirdə tapılan oxşar rəsmlərlə analogiya aparmağa imkan verir.