Məhsul kodu: ZA-050.01.160
Material: Gümüş / Silver
Əyar: 925
Üzləmə: 24k Gümüş / 24k Silver
İstehsal: Əl işi / Handcraft
Azərbaycanın ən tanınmış və yaxşı öyrənilmiş qayaüstü rəsmləri Qobustanda yerləşir. Qobustan dağlarında Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqardağ və Şıxqaya ərazilərində Daş dövrü və sonrakı dövrlərdə yaşayan insanların həyatına aid sübutlar müəyyən edilib. Qobustanın qayaüstü təsvirləri 1930-cu illərdə aşkarlanıb. 1939-cu ildə arxeoloq İshaq Cəfərzadə Qobustan petroqliflərinin ilk arxeoloji tədqiqatına başladı. O vaxtdan bir sıra arxeoloqların səyi nəticəsində 1000-dən çox qaya üzərində 7 mindən artıq rəsm, həmçinin qədim yaşayış məskənləri, mağaralar, 40-dək kurqan, 100 mindən çox maddi mədəniyyət əşyaları aşkarlandı. Daha qədim artefaktlar Mezolit dövrünə aid edilir. Lakin güman edilir ki, burada həyat daha əvvəl mövcud olub və bu da Qobustanı sivilizasiyanın beşiklərindən biri hesab etməyə əsas verir. Qobustanın qayaüstü təsvirləri müxtəlif dövrlərə aid edilir və eramızdan əvvəl X-VIII minilliyə (digər mənbələrə görə XV-X minilliyə) və Orta əsrlərədək olan dövrə aid edilir. Belə böyük tarixi dövrü əhatə etdiyinə görə onlar dünyanın başqa qayaüstü kolleksiyaları arasında yüksək yer tutur.
Qayaüstü təsvirlərdə son 10 min il ərzində burada yaşayan heyvanların - ceyran, vəhşi keçi, maral, qaban, at və şirlərin, həmçinin quşların, balıqların, ilanların, kərtənkələlərin və müxtəlif həşəratların rəsmlərini görmək mümkündür. Vəhşi öküzlərin iri, həmçinin bir qədər kiçildilmiş kontur rəsmləri və oxlarla silahlanmış insanların kiçik təsvirləri eramızdan əvvəl VII-IV minilliklərə, ovçuluğun insanların həyatında vacib rol oynadığı dövrə təsadüf edir.