Stəkan altı

Məhsul kodu: ST-002.14.03

Material: Gümüş / Silver

Əyar: 925

Üzləmə: 24k (Qızıl, Gümüş) / 24k (Gold,Silver)

İstehsal: Əl işi / Handcraft

Favorilər

Haqqında çoxlu hekayələr, əfsanələr dolanan Xarı Bülbül! Bir rəvayətə görə bülbül çiçəyə dəlicə aşiq idi və hər səhər gülə qonub sevgi mahnıları oxuyardı. Bütün güllər bu eşqə heyran idilər. Zərərli bir böcək olan xar isə, bu məhəbbəti qısqanırdı. Gülə etdiyi eşq etirafından rədd cavabı alıb, gülü yeməyə başlayır. Bülbül bunu görüb fəryad qoparır. Bu məhəbbətə heyran olan güllər bu eşqin bitməməsi üçün dua etdilər. Tanrıdan canlarını almağını ama bu eşqin bitməməsini arzuladılar. Tanrı bu duanı qəbul edir və güllərin hər birini sadə bir bitkiyə çevirir. Bülbül, çiçək və xarı isə, üçünü birlikdə bir çiçəyə çevirir. Xarı bülbül güllərin bu fədakarlığına qarşılıq söz verir ki, yalnız onların bitdiyi yerlərdə bitəcək. Əfsanələrin ovsunlayıcı cazibəsinə qapılaraq dizayn olunmuş Xarı bülbül detallı bu stəkan altı, süfrələrinizə sevinc dolu anlar bəxş edəcək.