Stəkan altı

Məhsul kodu: ST-001.12.13

Material: Gümüş / Silver

Əyar: 925

Üzləmə: 24k (Qızıl, Gümüş) / 24k (Gold,Silver)

İstehsal: Əl işi / Handcraft

Favorilər

Şəhzadə və balıqçının alovlu məhəbbəti! Bu eşqə şahidlik edən Qız qalası. Əfsanəyə görə bir balıqçı sevdiyi şahzadəni görmək üçün qalanın yanına gəlirdi. Dalğalı bir gün yenə qalaya gələrkən qayığı sulara qərq olur. Bunu görən şahzadə sevdiyini xilas etmək üçün qaladan birbaşa dənizə tullanır və həyatını itirir. O gündən bu qala məhəbbət, paklıq və mərdliyin simvoluna çevrilib. Üzərində Qız qalasının əks olunduğu zövqlü stəkan altı zərafətinizə dəyər qatan parçalardan biri olacaq.