Stəkan altlığı

Məhsul kodu: ST-0011.02.06

Material: Gümüş / Silver

Əyar: 925

Üzləmə: 24k Gümüş / 24k Silver

İstehsal: Əl işi / Handcraft

Favorilər

Mavi rəng suyu, qırmızı rəng isə atəşi simvolizə edir. Alov bir gün uca dağlar arxasında suyu çılğın dalğalarını görərək aşiq olur və öz sevgisini suya etiraf edir. Su da alovun isti sevgisinə heyran olaraq, bu sevgini qəbul edir və bir-birilərinə sarılırlar. Zamanla su buxarlanmağa, od isə, kül olmağa başlayır. Su, alovun yox olmasına tab gətirə bilməyib çox uzaqlara gedir. Alov isə, qəzəbindən meşələri, dağları yandırır və daha sonra suyu tapdıqda, onun yarı buxarlanmış halını görüb anlayırki, suyun getmə səbəbi nədir. O gündən sonra bir-birlərindən qaçaraq qovuşa bilməyən su və alovu, incə naxışlarla bəzənən bu stəkan altlığında qovuşdurmuşuq. Bu stəkan altlığının bəzədiyi stəkanda, içdiyiniz çayın hər qurtumunda bu eşqə şahidlik edəcəksiniz.