Məhsul kodu: PO-061.11.06
Üzləmə: 24k Qızıl/24k Gold
İstehsal: Əl işi/Handcraft
Qarabağ atı Azərbaycanın milli sərvəti, qədim tarixə və mədəniyyətə sahib nadir at cinslərindən biridir. Qarabağ atları, incə ayaq quruluşu, gözəl bədən görünüşü, başın qaşqa nahiyəsi və ayaqlarının aşağı ətrafları ağ rəndə olub, sakit xarakteri və günəş altında parıltılı sarı-qızılı rəng çalarları ilə digər at cinslərindən seçilirlər. Zəriflik və əsalətin simvolu olan Qarabağ atının zərgərlərik sənətində möhtəşəm ifadə olunması üçün "L'AHİJ" sənətkarları fiziki və mənəvi əmək sərf ediblər.