2012-ci il iyun ayının 26-da İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” (TANAP) saziş imzalanmışdır. Bu tarixi hadisəni əbədiləşdirmək məqsədlə Mərkəzi Bank tərəfindən gümüş xatirə pul nişanı tədavülə buraxılmışdır.
Xatirə pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində istehsal edilmişdir.
Xatirə pul nişanının ön tərəfində “TANAP”–ın loqusu və boru xəttinin marşrutu üzrə xəritə, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir olunmuşdur.
Buraxılış ili | 2015 |
Nominalı | 5 manat |
Metalı | Ag 999 |
Çəkisi | 1 unsiya (31.21 qr) |
Diametri | 38.61 mm |
Keyfiyyəti | Pruf |
Buraxılış limiti | 1000 ədəd |