Məhsul kodu: ZA-065-01-02
Material: Gümüş / Silver
Əyar: 925
Üzləmə: 24k Gümüş / 24k Silver
İstehsal: Əl işi / Handcraft
Fərqli mədəniyyətlərdə özünə yer etmiş təsbeh İslam və Xristianlıqdan tutmuş Şaman inanclarında da rast gəlinir. Daha çox dini rituallar üçün istifadə edilsə də, günümüzdə aksesuar məqsədli də istifadə olunur. Təqdim etdiyimiz bu təsbeh, üzərində zövqlü naxışlar yer alan 33 elementdən ibarətdir. Numerologiya elminə görə 33 rəqəminin çox güclü mənaları var. 33-ü təşkil edən ardıcıl 3 rəqəmi dürüstlük, cəsarət və nizam-intizam kimi anlayışları ifadə edir. 33 rəqəminin digər simvolik mənaları isə bolluq, şəfqət, şans və gücdür.