Məhsul kodu: VZ-007.01.17
Material: Gümüş / Silver
Əyar: 925
Üzləmə: 24k (Qızıl, Gümüş) / 24k (Gold,Silver)
İstehsal: Əl işi / Handcraft
"Həyat Ağacı" adını daşıyan bu güldan, döymə üsulu ilə, tamamilə əl işində hazırlanmış nadir sənət nümunəsidir. Mərkəzində təsvir olunan budaqlanan ağac, həyatın özü kimi köklü, zəngin və çoxşaxəlidir. Hər bir detalda sənətkarlıq nümunəsini əks etdirən güldan, tarix və estetikliyin qovuşduğu bir örnəkdir. Gümüşün saf parlaqlığı ilə tamamlanan dizaynı isə dərin mənası və zərif forması ilə evlərə həm mənəvi ruh, həm də estetik gözəllik qatır.