Məhsul kodu: VZ-007.02.05
Material: Gümüş / Silver
Əyar: 925
Üzləmə: 24k Gümüş / 24k Silver
İstehsal: Döymə / Harncraft
Xalçalardan ədəbiyyata qədər öz gözəlliyi ilə hərkəsi ovsunlayan əfsunlu naxış! Şərq xalqlarında buta, alov və od kimi mənalara gəlirdi. Günəşin, müqəddəs odun rəmzi, insanı bəd nəzərdən, xəstəliklərdən qoruyan pak alov diliminin təsviri kimi bilinirdi. Folklorumuzun əsaslı simvolu saılan buta, bu dəfə təqdim etdiyimiz estetik vazada özünü nümayiş etdirir. İçinə yerləşdirdiyiniz çiçəklər vazada ovsunlanıb yenidən canlanmış kimi təravətli görünəcək.