Məhsul kodu: VZ-007.15.01
Material: Gümüş / Silver
Əyar: 925
Üzləmə: 24k (Qızıl, Gümüş) / 24k (Gold,Silver)
İstehsal: Əl işi / Handcraft
Əsrlərdir dildən-dilə günümüzə gəlib çatmış əfsanələrdə gül və bülbül yanaşı nəql olunur. Yunan mifologiyası bülbülün yaranmasını belə nəql edir: Aedon adlı bir qadın özünün 1 övladı olmasına rəğmən eltisinin 7 övladı olmasını həzm edə bilmir və eltisinin ən böyük oğlunu yuxusunda öldürmək qərarına gəlir. Lakin, yanılır. Qaranlıqda eltisinin oğlunu yox, öz övladını öldürür. Bu səhvi onu elə dərin bir kədərə qərq edir ki, Zevs onu bağışlayır və bir bülbülə çevirir. Bülbül kimi hər daim oğlunun adını səsləyir. Mistik hekayələrin ruhunu evinizdə bu vazanın zövqlü detalları ilə hiss edəcəksiniz.