Məhsul kodu: XN-019.01.51
Üzləmə: 24k Qızıl, Gümüş / 24k Gold, Silver
İstehsal: Əl işi/Handcraft
Bu xüsusi dizaynlı xəncərin üzərində işlənmiş “Qarmaqlı Damğa” naxışı qədim türk dünyasının güc, qoruyuculuq və mənəvi bağlılıq rəmzlərindən biri hesab olunur. Kompozisiyada istifadə olunan mina işləmələri naxışın estetik dəyərini daha da ön plana çıxararaq sənət nümunəsinə xüsusi zəriflik və dərinlik qazandırır.
Xəncərin səthindəki ornamentlər ustalar tərəfindən əl işləməsi ilə hazırlanmış, mina texnikası vasitəsilə milli motivlər müasir zərgərlik üslubu ilə harmonik şəkildə birləşdirilmişdir.