XOCAVəND RAYONUNA HəSR OLUNMUŞ XATİRə SİKKəSİ

Qiymət: 180 ₼

Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü

2021-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılmış 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun tarixi Zəfərinin ildönümü münasibətilə Mərkəzi Bank tərəfindən çəkisi 1 troy unsiyası və nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılmışdır.


Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilmişdir.


Xatirə sikkəsinin üzərində əsas dizayn elementləri kimi dünyanın ən qədim insan məskənlərindən biri və Azərbaycanın tarixi incisi olan Azıx mağarasının təsvirləri və mağaradan tapılmış ibtidai insana məxsus hissələrin nümunələri, “8 Noyabr” zəfər tarixi yazısı, Vətən Müharibəsinin qələbə rəmzinə çevrilmiş “Xarıbülbül”, eləcə də “Xocavənd” və “Qarabağ Azərbaycandır!” sözləri və pul nişanının nominalı təsvir olunmuşdur.


Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

Buraxılış ili2021
Nominalı 5 manat
Metalıgümüş
ƏyarıAg 999.0
Çəkisi31,10 qram
Diametri38,61 mm
KeyfiyyətiPruf

Ətraflı