“ZəFəR” MÖVZUSUNA HəSR OLUNMUŞ XATİRə SİKKəSİ

Qiymət: 180 ₼

Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü

2021-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılmış 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun tarixi Zəfərinin ildönümü münasibətilə Mərkəzi Bank tərəfindən çəkisi 1 troy unsiyası və nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılmışdır.


Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilmişdir.


Xatirə sikkəsinin üzərində əsas dizayn elementləri kimi Azərbaycan Dövlət Bayrağının “8 Noyabr” zəfər tarixi yazısına sintez olunmuş təsviri, Vətən Müharibəsinin qələbə rəmzinə çevrilmiş “Xarıbülbül”, əbədi zəfər rəmzi olan – dəfnə yarpağı, güc və inkişaf rəmzi olan günəşin qrafik təsviri, eləcə də “Zəfər” və “Qarabağ Azərbaycandır!” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, 8 guşəli ulduzlar, “Azərbaycan Respublikası” sözləri və pul nişanının nominalı təsvir olunmuşdur.


Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

Buraxılış ili2021
Nominalı 5 manat
Metalıgümüş
ƏyarıAg 999.0
Çəkisi31,10 qram
Diametri38,61 mm
KeyfiyyətiPruf

Ətraflı